Xocalı rayon Yaloba kənd tam orta məktəbində 24.10.2022-ci il tarixində "Uşaq Hüquqları Konvensiyası" mövzusunda geniş tədbir keçirildi. Tədbirdə çıxış edənlər uşaq hüquqlarından, bu hüquqların qorunması və həyata keçirilməsi üçün dövlətimizin apardığı siyasətdən, təhsilin uşaq hüquqları və ümumilikdə insan hüquqlarının qorunmasındakı faydalarından ətraflı söhbət açdılar. Şagirdlərimizə yalnız yüksək təhsil alaraq həm özlərinin, gələcəkdə insanların və beynəlxalq aləmdə dövlətimizin haqqlarının qorunmasının mümkünlüyü hər tərəfli izah edildi.